"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
DƏYƏRLƏRİYLƏ
BİRİNCİ OLANLAR ÜÇÜN
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
ƏZMKARLIĞI İLƏ BİRİNCİ
İLHAM
ZƏKİYEV
O, Qarabağ müharibəsində snayper zərbəsi ilə başından vurularaq, görmə qabiliyyətini itirdi, amma ümidini itirmədi. Ətraflı
O, Qarabağ müharibəsində snayper zərbəsi ilə başından vurularaq, görmə qabiliyyətini itirdi, amma ümidini itirmədi. İdman məşqlərini daha da böyük həvəslə davam etdi. Cüdo üzrə paraolimpiya oyunlarında dəfələrlə Avropa və Dünya birinciliyini qazanmağı bacardı. İndi İlham birincilikləriylə çoxlarını ilhamlandırır. Şübhəsiz ki, o əzmkarlığı ilə də birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
QƏHRƏMANLIĞI İLƏ BİRİNCİ
KAMİL
MUSƏVİ
Ən çətin günlər hər zaman öz qəhrəmanını yaradır. Ətraflı
Ən çətin günlər hər zaman öz qəhrəmanını yaradır. Cəbhə xəttində bizi qoruyan bir çox hərbçilərimiz var ki, vətən uğrunda canlarından keçməyə hazırdırlar. Hamının adını qeyd edə bilməsək də, Kamilin simasında igidlərimizə təşəkkürümüzü bildirmək istərdik. Qeyd edək ki, döyüşlərdə ayağından və gözündən yaralanıb. Amma buna baxmayaraq, bu gün də döyüşə getməyə hazırdır. Hər kəs üçün o qəhrəmanlığı ilə birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
HƏDƏFLƏRİ İLƏ BİRİNCİ
ARZU
CƏLİLOVA
Böyük insan olmaq üçün böyük hədəflərin olmalıdır. Ətraflı
Böyük insan olmaq üçün böyük hədəflərin olmalıdır. Arzunun yaşı az olsa da, o, ölkə və dünya arenalarında artıq özünü göstərməyi bacarıb. Arzunun arzusu hər zaman zirvədə olmaqdır. O hələ balaca olsa da, ona olan ümidlərimiz çox böyükdür. O, böyük hədəfləri ilə birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
ÜSLUBU İLƏ BİRİNCİ
SABİR
ÇOPUROĞLU
O, rəsm əsərlərini adi rəng və ya boya ilə deyil, neftlə çəkir. Ətraflı
O, rəsm əsərlərini adi rəng və ya boya ilə deyil, neftlə çəkir. Onun əsərləri ölkəmizin və dünyanın bir çox muzeylərində sərgilənir və xarici ölkələrdə sənətsevərlərin şəxsi kolleksiyalarında saxlanılır. Bakı neftini dünyaya fərqli tərzdə tanıtdığı üçün öz üslubu ilə birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
İFASI İLƏ BİRİNCİ
ŞƏHRİYAR
İMANOV
Hər ölkənin musiqisi həm də həmin ölkənin ənənələrinin daşıyıcısıdır. Ətraflı
Hər ölkənin musiqisi həm də həmin ölkənin ənənələrinin daşıyıcısıdır. Şəhriyar İmanov əsrarəngiz tar ifası ilə bu ənənələri bütün dünyada səsləndirməyi bacarır. Dünyanın dörd tərəfində festivallarda çıxış edən sənətkar, olduğu hər yerdə tamamilə yeni hisslər yaratmağı bacarır. Onun tarda ifası, musiqiyə tamamilə yeni baxış gətirib. O, ifası ilə birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
PAYLAŞDIQLARI İLƏ BİRİNCİ
XAN
RƏSULOĞLU
Ölkədə kitabı sevən çox adamın ondan xəbəri var. Ətraflı
Ölkədə kitabı sevən çox adamın ondan xəbəri var. O sadəcə kitab satışı ilə məşğul olmur. O həm də illərlə topladığını, yığdığını insanlarla paylaşır. Neçə-neçə oxucu ilə dost olmağı, neçəsinin həyatını dəyişdirməyi bacarıb. Kitablar bizimlə sevgini, kədəri, həyatı paylaşır. O da paylaşdıqları ilə birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
SƏNƏTİ İLƏ BİRİNCİ
NEVA
AĞALİYEVA
Xalçaçılıq incəlik və diqqətin bir-birinə toxunmasından yaranan sənətdir. Ətraflı
Xalçaçılıq incəlik və diqqətin bir-birinə toxunmasından yaranan sənətdir. O, hazırladığı bənzərsiz çeşnilərlə bu günə qədər yüzlərlə xalça toxunulub. Milli sənəti beynəlxalq səviyyəyə qaldırmağı bacaran fərqli insanlardandır. Bu isə böyük sənətkarlıq və böyük ürək tələb edir. O, hər zaman sənəti ilə birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
QAYĞIKEŞLİYİ İLƏ BİRİNCİ
FAİZƏ
ƏZİMOVA
Uşaqlar bizim gələcəyimizdirsə, müəllimlər də bizim uğurlu gələcəyimizin təminatçısıdır. Ətraflı
Uşaqlar bizim gələcəyimizdirsə, müəllimlər də bizim uğurlu gələcəyimizin təminatçısıdır. Faizə müəllimə də ömrünün yarıdan çoxunu buna həsr edib. Şəhid ailələrinin övladlarına, valideynləri olmayan, çətinlik içində böyüyən uşaqlara təmənnasız olaraq xüsusi diqqət ayıran müəllimə, qarşısında baş əyiləcək ürəyə sahibdir. Bununla o, hər kəsin gözündə və qəlbində qayğıkeşliyi ilə birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
ZƏHMƏTKEŞLİYİ İLƏ BİRİNCİ
VAQİF
SÜLEYMANOV
Dənizin ortasında artıq 30 ildir öz yoldaşları ilə birlikdədir. Ətraflı
Dənizin ortasında artıq 30 ildir öz yoldaşları ilə birlikdədir. Ailəsi üçün ailəsindən uzaq qalır. Sadəcə ailəsinin yox, həm də ölkəsinin gələcəyi üçün çalışır. Vaqif Süleymanovun çəkdiyi zəhməti heç cür qarşılaya bilmərik. Bu səbəbdən o zəhmətkeşliyi ilə birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
YARADICILIQDA BİRİNCİ
NƏZƏR
ƏLİYEV
O, əl əməyi ilə keçmişimizi bu günümüzə daşıyır. Ətraflı
O, əl əməyi ilə keçmişimizi bu günümüzə daşıyır. Misgərlik sənətinin ən layiqli davamçılarından biri olan sənətkarın əl işləri dünya sərgilərində nümayiş olunur. Son dərəcə incə və ağır peşə olan misgərliyi əziyyəti və gözünün nuru ilə yaşadır. Sənət yaratmaqdır. Nəzər Əliyev də yaradıcılıqda birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
SEVGİSİ İLƏ BİRİNCİ
HƏBİB
ƏLİZADƏ
O hər gün həvəslə 80 km-ə yaxın yol qət edir. Ətraflı
O hər gün həvəslə 80 km-ə yaxın yol qət edir. Çünki tarix dərsi dediyi məktəbdə uşaqların onu böyük sevgi və həvəslə gözlədiyini bilir. Şagirdləri ilə selfi edir, onların hər birinə fərdi yanaşır və onlara özünəməxsus şəkildə dərs keçir. O, boş vaxtlarında velosipedlə digər kəndləri gəzərək, oradakı uşaqlara da kitab aparır, kitabla birlikdə onlara da sevinc bəxş edir. 26 yaşı olan Həbib Əlizadə peşəsinə və şagirdlərinə olan sevgisi ilə birincidir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
ZƏKASI İLƏ BİRİNCİ
ŞƏHRİYAR
MƏMMƏDYAROV
Şəhriyar Azərbaycan xəzinəsinə 12 medal vermiş Məmmədyarovlar ailəsinin yetirməsidir. Ətraflı
Şəhriyar Azərbaycan xəzinəsinə 12 medal vermiş Məmmədyarovlar ailəsinin yetirməsidir. Qəhrəmanımız dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionu tituluna sahib yeganə şahmatçıdır. Dünya reytinqinin ilk beşliyində yer alması da onun əvəzsiz olduğunun göstəricisidir. Ağlın gücü hər zaman qalib gəlir, bu da onu zəkası ilə birinci edir.
"DƏYƏRLƏRİYLƏ BİRİNCİ OLANLAR ÜÇÜN"
ƏNƏNƏLƏRİ İLƏ BİRİNCİ
ƏBÜLFƏZ
SƏMƏDOV
O, Şəkidəki məşhur halvaçı Yəhyanın nəvəsidir. Ətraflı
O, Şəkidəki məşhur halvaçı Yəhyanın nəvəsidir. Halvaları da söhbəti qədər şirin olur. Şəkidən yolu keçən hər kəs ona baş çəkir, onunla həmsöhbət olur. O, Şəkidə bu işi görən birinci adam deyil, o heç öz nəslində də birinci halvaçı deyil. Elə onu birinci edən də budur. O öz şəhərinin və nəslinin ənənələrini yaşatması ilə birincidir.